Baltikyanı ölkələr Çinin Parisdəki səfirinin bəyanatına etiraz ediblər
3226
23 Apr 2023 | 15:30

Baltikyanı ölkələr Çinin Parisdəki səfirinin bəyanatına etiraz ediblər

Litva, Latviya və Estoniya Çinin Fransadakı səfiri Liu Şayenin bəyanatları ilə bağlı aydınlıq gətirmək üçün öz ölkələrindəki Çin diplomatik nümayəndələrini çağırmaq barədə razılaşdırılmış qərar qəbul ediblər.

Bu barədə bazar günü BNS agentliyi məlumat yayıb.

Litva Xarici İşlər Nazirliyinin sözçüsü Paulina Levickite deyib: "Çin nümayəndələrini bazar ertəsi çağırmaq üçün razılaşdırılmış qərar qəbul edilib".

Qeyd edək ki, cümə günü Fransanın LCI kanalı öz Twitter səhifəsində Krımın statusunu şərh edən Liu Şaye ilə müsahibədən sitat yayıb: “Hətta keçmiş SSRİ ölkələrinin beynəlxalq hüquqa görə faktiki statusu yoxdur, çünki onların suveren dövlət statusunu müəyyən edən heç bir beynəlxalq müqavilə yoxdur”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər