16:33
6°C
Bakı
Aprelin 21-də Yaponiya qırıcıları Şərqi Çin dənizi və Sakit okean üzərində uçan Çin Hərbi Hava Qüvvələrinə məxsus iki H-6 strateji bombardmançı təyyarəsini müşayiət etmək üçün havaya qalxıb.
Bu barədə Yaponiya Özünümüdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Çinin iki bombardmançı təyyarəsi Yaponiyanın Okinava adasının cənubuna, Şərqi Çin dənizindən cənub-şərq istiqamətində Sakit Okeana və geri uçub.