Putin hərbçilərin diqqətini işdən yayındırmamaq üçün qərargahlara şəxsən baş çəkdiyini bildirib
Dünya
3235
19 Apr 2023 | 19:20

Putin hərbçilərin diqqətini işdən yayındırmamaq üçün qərargahlara şəxsən baş çəkdiyini bildirib

Rusiya prezidenti Vladimir Putin Rusiya hərbçilərinin diqqətini işdən yayındırmamaq üçün Xerson istiqamətində “Dnepr” qoşun qrupunun qərargahına və “Vostok” Milli Qvardiyasının "Luqansk Xalq Respublikası"ndakı qərargahına şəxsən baş çəkdiyini bildirib.

Bu barədə Putin Rusiya hökumətinin üzvləri ilə görüşündə deyib.

Ətraflı

Ad - 00:03

O, ötən gün qərargahda olduğunu xatırladıb.

"Səfərin məqsədi hərbçilərlə görüşmək idi, hansılarla ki, komandanlıq etdiyi bölmələrin dislokasiya olunduqları yerlərindən çox aralamaq istəmirdim", deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin Xerson vilayətinə və Luqanska səfərinin aprelin 17-də, bazar ertəsi baş tutduğunu açıqlayıb.

Link kopyalandı!
Son xəbərlər