KİV: ABŞ və Cənubi Koreya birgə HHQ təlimləri keçirir
Dünya
3022
17 Apr 2023 | 10:05

KİV: ABŞ və Cənubi Koreya birgə HHQ təlimləri keçirir

ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələri (HHQ) birgə təlimlər keçirməyə başlayıb.

Bu barədə Cənubi Koreya HHQ komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, təlimlər 12 gün davam edəcək.

Agentliyin məlumatına əsasən, ölkələr həmçinin Yaponiya ilə birgə raketdən müdafiə təlimlərinə də başlayıblar.

Təlimlərin keçirilməsində məqsəd ölkələrin HHQ-nin koordinasiyasını yaxşılaşdırmaq və onların əməliyyat imkanlarını genişləndirməkdir.

Təlimlərdə Cənubi Koreya HHQ məxsus 60-dan çox təyyarə, o cümlədən F-35A, F-15K və KF-16 döyüş təyyarələri iştirak edir.

ABŞ tərəfdən isə 40-a yaxın təyyarə, o cümlədən F-16 və A-10 qırıcıları, həmçinin, ABŞ Dəniz Piyadaları Korpusunun (United States Marine Corps - USMC) F-35B və FA-18 qırıcıları və hücum təyyarələri iştirak edir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər