Mirzoyan MDB XİN rəhbərlərinin iclasında iştirak etmək üçün Özbəkistana gedir
Dünya
3339
13 Apr 2023 | 21:22

Mirzoyan MDB XİN rəhbərlərinin iclasında iştirak etmək üçün Özbəkistana gedir

Sabah Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Özbəkistana işgüzar səfər edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Erməni nazir MDB Xarici İşlər Nazirləri Şurasının Səmərqənddə keçiriləcək iclasında iştirak edəcək.

Xatırladaq ki, nazirlər aktual beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparacaqlar.

Tərəflər MDB formatında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər