23:21
10°C
Bakı
Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca Hatayda zəlzələdən zərərçəkənləri ziyarət edib.
BAKU.WS xəbər verir ki, görüş zamanı təsirli anlar yaşanıb.
Belə ki, Nazir bir yeniyetməyə, "Bizdən bir istəyin varmı?", - sualını verib. Qız isə cavabında, "Mənim atam yoxdur, mən sizi atam yerinə qoyuram", - sözlərini söyləyib.
Daha sonra isə ağlamağa başlayıb. Yeniyetmənin bu sözləri hər kəsi duyğulandırıb.
Nazir qıza, "Ağlama", - deyərək onu təsəlli etməyə çalışıb. Ona yardım edilməsi ilə bağlı yanındakı şəxslərə tapşırıq verib.
Həmin anlar sosial şəbəkələrdə yayılaraq viral olub. İstifadəçilər Fahrettin Kocanın bu addımını yüksək qiymətləndiriblər.