Ərdoğan: “İstanbulda 220 mindən çox yaşayış binası risk altındadır”
Dünya
7340
13 Apr 2023 | 12:55

Ərdoğan: “İstanbulda 220 mindən çox yaşayış binası risk altındadır”

İstanbulda “Kanal İstanbul” marşrutunun hər iki tərəfində peyk-şəhərlərin yaradılması planlaşdırılır.
 
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
 
“Kanal İstanbul”la bərabər peyk-şəhərlər meydana gələcək, orada mənzil tikintisinə başlanılacaq, şəhərsalma islahatına dəstək vermək istəyənlər üçün orada ərazi ayrılacaq”, - deyə Türkiyə prezidenti vurğulayıb.
 
Türkiyə lideri bildirib ki, 16 milyondan çox əhalisi olan meqapolisdə peyk-şəhərlərin salınmasına ehtiyac var:
 
“Bu layihə eyni zamanda İstanbulun zəlzələyə meyilli bölgələrində yaşayan əhalinin təhlükəsiz ərazilərə yerləşdirilməsi üçün yeni imkanlar açacaq”.
 
R.T.Ərdoğan əlavə edib ki, İstanbulda hazırda 220 mindən çox bina və 1,5 milyona yaxın yaşayış evi risk altındadır, onlardan 300 mini təcili sökülməlidir.
 
Mənbə: CNN Türk
 
Link kopyalandı!
Son xəbərlər