Süleyman Soylu:
3402
11 Apr 2023 | 16:29

Süleyman Soylu: "Türkiyə tarixi qərar ərəfəsindədir"

"Türkiyə indiyədək bir çox tarixi əhəmiyyətli qərarlar verib. İndi yenə tarixi qərar ərəfəsindəyik".
 
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
 
O bildirib ki, 20 il əvvələdək ölkənin şərq və cənub şərqində vəziyyət çox ağır idi: “İnsanlar qorxa-qorxa küçəyə çıxırdı. İndi isə durum dəyişib. Bundan sonra hansı Türkiyənin olmasına dair qərarı isə xalq verəcək. Gələcəkdə hansı Türkiyənin mövcud olacağı tamamilə xalqın iradəsindən asılıdır".
 
Nazir söyləyib ki, fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək: "Biz xalq üçün çalışmaqdan məmnunuq".
 
Xatırladaq ki, bu gün “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) seçki bəyannaməsini açıqlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər