Dünya
4241
02 Apr 2023 | 13:40

"Hakimiyyət öz məsuliyyətini ordunun üstünə yıxır" -xa0Ohanyan

“Ermənistan güclü təhlükəsizlik sistemi, milli və beynəlxalq təminatlar formalaşdırmalıdır”.

Bunu ölkənin keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

“Milli təminatlar ordu, iqtisadiyyat və birlik, beynəlxalq təminatlar isə güclü diplomatiya və danışıqlardır. Hərbi-siyasi vəziyyət indi elədir ki, geosiyasi hadisələr regiondakı vəziyyətə təsir edə bilər. Bundan Ermənistanın əleyhdarları istifadə edirlər”, – deyə Ohanyan bildirib.

O, Paşinyanın ordudakı “5-ci kolon”la bağlı dediklərinə də münasibət bildirib. Ohanyanın fikrincə, hakimiyyət öz məsuliyyət payını unudaraq bütün günahı silahlı qüvvələrin üzərinə yıxmağa çalışır. Modern.az

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər