Fransız polisi mərakeşli jurnalistə irqçi şüar səsləndirib:
3662
01 Apr 2023 | 20:48

Fransız polisi mərakeşli jurnalistə irqçi şüar səsləndirib: "Qayıt ölkənə"

Fransız polisi Şimali Afrikalı operatoru doka ilə örtüb ona "evə get" deyir.

Fransada pensiya islahatlarına qarşı keçirilən aksiyanı lentə alan jurnalistə polislər maneə olublar.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Mərakeş əsilli jurnalistə “evinə get” deyərək gözyaşardıcı qazdan istifadə edib.

“Loopsider” video-xəbər platformasının operatoru Amar Taoualitin polislərə jurnalist olduğunu xatırladıb. Buna baxmayaraq, onlar buna məhəl qoymayıblar.

“Mən işləyirəm, mən jurnalistəm Siz jurnalistlərə hücum edirsiniz. Mənim mətbuat kartım var. Hazırda çəkiliş edirəm, diqqətli olun, bu yayımlanacaq”, - deyə journalist cavab verib.

O, mətbuat kartını göstərsə də, polis Amar Taoualitə ikinci dəfə gözyaşardıcı qaz vurmaqda israr edib və onun çəkiliş aparmasına mane olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər