Filippində gəmidə yanğın olub, azı 12 nəfər ölüb
Dünya
3715
30 Mar 2023 | 09:10

Filippində gəmidə yanğın olub, azı 12 nəfər ölüb

Filippində sərnişində gəmisində baş verən yanğında azı 12 nəfər ölüb.

Ölənlərdən azı üçü uşaqdır.

Mediaqrupun məlumatına görə, yanğın Baluk-Baluk adasının sahilində başlayarkən “Lady Mary Joy 3” gəmisində təxminən 200 sərnişin olub. 57 sərnişin xilas edilib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.

Sahil mühafizəsi itkin düşənlərin axtarışını davam edir.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər