Zəlzələdən 49 gün sonra sağ çıxarıldı - FOTO
Dünya
3818
28 Mar 2023 | 18:40

Zəlzələdən 49 gün sonra sağ çıxarıldı - FOTO

Kahramanmaraşda zəlzələdən sonra yaranmış dağıntıların altında sağ qalan pişik 49 gün sonra xilas edilib.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hazırda pişik tibbi nəzarət altındadır və vəziyyəti normaldır.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

Zəlzələdən 49 gün sonra sağ çıxarılan PİŞİK

Link kopyalandı!
Son xəbərlər