21:41
11°C
Bakı
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyası Qazaxıstanın nüvə infrastrukturunun kompleks şəkildə tədqiqatına başlayıb.
Bunu jurnalistlərə müsahibəsində Qazaxıstan energetika naziri Bolat Akçulakov deyib.
Nazir qeyd edib ki, missiyanın fəaliyyətinə Qazaxıstan tərəfdən Energetika Nazirliyi, Ekologiya Nazirliyi, “Kazatomprom” şirkəti, “Kazakhstan Nuclear Power Plants” (KNPP) və digər təşkilatlar dəstək göstərəcək.
Qeyd edək ki, Qazaxıstan hökuməti Balxaş gölü sahilində yerləşən Ulken kəndi yaxınlığında ölkənin ilk Atom Elektrik Stansiyasını tikməyi planlaşdırır.
Xatırladaq ki, haqqında sözügedən ərazidə SSRİ dövründə dövlət rayon elektrik stansiyası (DRES) tikiləcəkdi, lakin İttifaqın dağılması səbəbindən tikintiyə başlanılmamışdı.