Bizi sosial şəbəkələrdən izləyin:
İranın Əfqanıstan və Pakistan sərhədinə yaxın bölgələrində 199 nəfər həbs edilib.
“Azad İran” “Telegram” kanalı bu barədə Sistan və Bəlucistan əyalətinin Səravan sərhəd alayının komandiri Hüseyn Fərahaniyə istinadla məlumat verir.
O, saxlanılanların xarici vətəndaşlar olduğunu və ölkəyə qanunsuz girdikləri üçün həbs edildiklərini deyib.
Qeyd edək ki, bir neçə gün öncə İran sərhədçiləri 11 Əfqanıstan vətəndaşını güllələyiblər.
Son 11 ay ərzində isə İranda öldürülən yüzlərlə əfqandan 470-nin meyiti ölkələrinə göndərilib.