İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb
3717
27 Mar 2023 | 18:19

İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb

İsraildə davam edən ümumi tətil səbəbi ilə İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb.

Bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib. Qeyd olunub ki, İsrailin Histadrut həmkarlar ittifaqının elan etdiyi ümumi tətillə əlaqədar İsrailin Tbilisidəki səfirliyi bu gündən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır.

Tətil dövründə konsulluq xidmətlərinin göstərilməyəcəyi vurğulanıb.

Link kopyalandı!
Son xəbərlər