Yaxın vaxtlarda Moskvada Rusiya, Türkiyə, İran və Suriya XİN başçıları müavinlərinin görüşü olacaq
3560
27 Mar 2023 | 11:46

Yaxın vaxtlarda Moskvada Rusiya, Türkiyə, İran və Suriya XİN başçıları müavinlərinin görüşü olacaq

Yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.

Bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

O bildirib ki, Moskva bu görüşə hazırdır: “Düşünürəm ki, bu, tezliklə olacaq”.

Qeyd edək ki, nazir müavinlərinin martın 15-16-da Moskvada görüşməsi nəzərdə tutulmuşdu. Amma sonradan bu görüş təxirə salındı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər