Ərdoğan Putinlə danışdı
2797
25 Mar 2023 | 15:38

Ərdoğan Putinlə danışdı

Martın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətindən bildirilib.
 
İki ölkə liderləri Ukraynadakı durumu müzakirə ediblər.
 
R.T.Ərdoğan Rusiya Prezidentinə “taxıl sazişi”nin uzadılması ilə bağlı müsbət mövqeyinə görə təşəkkür edib.
 
O qeyd edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında münaqişənin tez bir zamanda danışıqlar yolu ilə başa çatmasına böyük əhəmiyyət verir.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər