Estoniya rusiyalı diplomata beş gün vaxt verib
Dünya
2851
24 Mar 2023 | 15:47

Estoniya rusiyalı diplomata beş gün vaxt verib

Estoniya rusiyalı diplomatı ölkədən çıxarır.
 
Bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Rəsmi Tallin bu addımı rusiyalı diplomatın ölkənin təhlükəsizliyinə və konstitusiya quruluşuna xələl gətirən hərəkətlərinə görə atıldığını iddia edib.
 
“Rusiyalı diplomat Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını pozub və o, martın 29-dək Estoniyanı tərk etməlidir”, - Estoniya XİN-in bəyanatında deyilir. /Oxu.az/
 
Mənbə: Vm.ee
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər