ABŞ Konqresi Ukraynaya yardım xərclərinə nəzarətlə bağlı dinləmələr keçirəcək
3285
23 Mar 2023 | 09:09

ABŞ Konqresi Ukraynaya yardım xərclərinə nəzarətlə bağlı dinləmələr keçirəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Ukraynaya yardıma nəzarətlə bağlı dinləmələr keçirəcək.

Komitə sədri Maykl Makkol martın 29-da “Ukraynaya yardıma nəzarət, şəffaflıq və hesabatlılıq” mövzusunda dinləmələrin keçiriləcəyini açıqlayıb.

Dinləmələr çərçivəsində Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nəzarət strukturlarının hesabatları açıqlanacaq.

Link kopyalandı!
Son xəbərlər