Zelenski Baxmut istiqamətində hərbçilərlə görüşdü - VİDEO
2935
22 Mar 2023 | 17:45

Zelenski Baxmut istiqamətində hərbçilərlə görüşdü - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətindəki mövqelərində olub. O, hərbçilərlə söhbət edib, onlara mükafatlar təqdim edib.
 
Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
 
“Mən bu gün burada, dövlətimizin şərqində, Donbasda olmaq və qəhrəmanlarımızı mükafatlandırmaq, onlara təşəkkür etmək, əllərini sıxmaq şərəfinə nail oldum. Ukrayna dövlətini, suverenliyini, şərqini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm”, - deyə Zelenski bildirib.

Mənbə: Strana.ua

Link kopyalandı!
Son xəbərlər