Arvadından qorxub 63 kilo verdi
Dünya
2378
14 Nov 2014 | 09:30

Arvadından qorxub 63 kilo verdi

Türkiyənin İzmir şəhərində yaşayan Hüseyn Arı adlı kişinin arıqlama hekayəsi oxuyanları şoka salıb. 2 uşaq atası olan Arı bildirib ki, çəkisi 15-20 il əvvəldən artmağa başlayıb: “Yeməklər çox gözəldi, mənim də çəkim artdı. Ən son gördüm ki, çəkim 155-156-ya çıxıb. Həyat yoldaşım “bu, belə olmaz” desə də, mən əhəmiyyət vermədim. Amma az keçmədən sıxıntılarım başladı. 300 metr gəzəndən sonra dincəlməyə yer axtarırdım. Həyat yoldaşım da mənə baxmaya bilərdi. Hətta bir dəfə dedi ki, “belə getsə, boşanacam, sənə də baxan olmayacaq”. Açığı, bu sözdən sonra çox qorxuya düşdüm”. 

H.Arı həkim, dietoloq və psixoloq proqramının köməyi ilə 13 ayda 63 kilo arıqlayıb. Dediyinə görə, həyat yoldaşını çox sevir və məhz onu itirmək istəmədiyi üçün bu cür fədakarlığa gedib. Əvvəllər hər yerə maşınla getdiyini, bədən ölçüsü 70 olduğu üçün ancaq dərziyə paltar tikdirdiyini deyən kişi indi geyim dükanlarından ölçüsü 50 olan şalvarlar alır. (musavat)
Link kopyalandı!
Son xəbərlər