Bizi sosial şəbəkələrdən izləyin:
Venesuelanın paytaxtı Karakas şəhərində ticarət mərkəzlərinin birində uşaq paltarları mağazasında hamilə məktəbliləri əks etdirən manikenlər yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, uşaq yaşlarda hamiləliyə qarşı olan maraqlı aksiya iki xeyriyyə mərkəzi tərəfindən həyata keçirilib.
Bildirilir ki, yetkin yaşa çatmayanlar arasında hamiləlik əmsalı Cənubi Afrikada ən pis vəziyyətdədir. Ölkədə 23 faiz doğum 18 yaşına çatmayan qadınlarda qeydə alınır.
Bundan əlavə, qeyri-hökumət xeyriyyə təşkilatları yeniyetmələrin cinsi tərbiyyəsinə nəzarət tələb edirlər.