Ölümə meydan oxuyan adam -  VİDEO
Dünya
2564
14 Nov 2014 | 08:47

Ölümə meydan oxuyan adam - VİDEO

Dünyanın ən məşhur kəndirbazı, amerikalı Nik Vallenda iki yeni dünya rekorduna imza atıb. 

ANS PRESS-in məlumatına görə, məşhur kəndirbaz Nik Vallenda ABŞ-ın Çikaqo şəhərində möhtəşəm şouya imza atıb. 

35 yaşlı kəndirbaz iki göydələn arasında gərilmiş vəziyyətdə bağlanan iplər üzərində, 206 metr yüksəklikdə heç bir təhlükəsizlik tədbiri görmədən hərəkət edib.

138 metrlik məsafəni 6 dəqiqə 52 saniyəyə başa vuran kəndirbaz gözübağlı hərəkət etməsilə onu izləyənlərə qorxu dolun anlar yaşadıb. 

Qeyd edək ki, Nik Vallenda sirk kəndirbazları sülaləsinin nümayəndəsidir. Ötən il o, ABŞ-da 450 metr yüksəklikdə, Böyük Kanyon üzərindən çəkilmiş tros üzərində gəzən ilk insan kimi tarixə düşüb. 2012-ci ildə isə son 100 ildə kəndirlə Niaqara şəlaləsi üzərindən keçən ilk insan olub.

Link kopyalandı!
Son xəbərlər