Həkimləri şoka salan xəstənin köməyinə xilasedicilər çatdı
Dünya
2356
14 Nov 2014 | 08:46

Həkimləri şoka salan xəstənin köməyinə xilasedicilər çatdı

Polşada xəstəxanalarının birinə müraciət xəstə həkimləri şoka salıb.

ANS PRESS-in məlumatına görə, xəstəxanaya özü müstəqil şəkildə müraciət edən 40 yaşlı Kamil Podvinskonun başına 38 santimetr uzunluğunda agac parçası batıbmış. O, tibb personalına hadisənin şəxsi evinin təmiri zamanı baş verdiyini bildirib.

Belə ki, Podvinsko sürüşərək çubuğun üstünə düşüb. Çubuq onun başının arxa hissəsini yararaq qabaqdan çıxıb. Kəllə beyin sümüyünü zədələyən agac qırıntısı polyak xəstəyə rentgenə girməyə də mane olub. Nəticədə həkimlər onu rentgenə salmaq üçün xilasediciləri çağırmalı olub. Onlar zərər çəkmişin başındakı taxtanı kəsərək qısaldıblar.

Həkimlər deyib ki, Podvinskini Poznanda yerləşən başqa xəstəxanaya çatdırmaq lazım olub. Amma xilasedicilər taxta parçanı Podvinskonun başından çıxardıblar. Bütün bu prosedur ərzində polyak sakitcə oturub və hətta şikayət də etməyib.







Link kopyalandı!
Son xəbərlər