Xruşşovdan 50 il sonra Medvedev ”“  İlk dəfə
Dünya
2557
13 Nov 2014 | 23:03

Xruşşovdan 50 il sonra Medvedev ”“ İlk dəfə

Rusiya Baş naziri Dmitri Medvedev 1955 və 1960-cı illərdə  Myanmaya səfər edən Sov.İKP MK Baş katibi Nikita Xruşşovdan sonra ilk dəfə bu ölkəyə gəlib.
 
Axar.az xəbər verir ki, Şərqi Asiya Zirvəsi üçün Myanmada olan Medvedev mətbuat nümayəndələri ilə bir araya gəlib.
 
ABŞ Prezidenti Barak Obama ilə görüşü barədə açıqlama verən baş nazir Qərb ölkələrinə qarşı ölkəsinin yeritdiyi embarqo siyasətinin davam edəcəyini deyib:
 
“Qərb ölkələri Rusiyaya qarşı sanksiyalarını davam etdirir. Bu səbəbdən qida idxalı ilə bağlı embarqonun vaxtı uzadıla bilər. Bu embarqo, əslində, Rusiyaya xeyir gətirdi. Marketlərdə yerli məhsulların çoxluğu Rusiya iqtisadiyyatında canlanma əmələ gətirib”.
 
Səfər çərçivəsində Rusiya hökumət başçısı Myanma Prezidenti Theyn Seyn, Hindistan, Yaponiya və digər ölkələrin liderləri ilə görüşüb.

Link kopyalandı!
Son xəbərlər