Belarusda əcnəbi şəxslərə qarşı əməliyyat keçirildi
2911
19 Mar 2023 | 20:31

Belarusda əcnəbi şəxslərə qarşı əməliyyat keçirildi

Terror aktı törətmək üçün xaricdən Belarusa gələn şəxslər ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstəsi tərəfindən saxlanılıb.

Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda iddia edilir ki, Qrodnoda keçirilən xüsusi əməliyyat çərçivəsində avtomat silahlardan atəş açan əcnəbi vətəndaş məhv edilib.

Bildirilir ki, hadisə zamanı nə mülki əhali, nə də təhlükəsizlik qüvvələri xəsarət almayıb. 

Link kopyalandı!
Son xəbərlər