Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyada məşhur aktyor Marat Başarovla bağlı qalmaqal sakitləşmək bilmir.
ANS PRESS-in məlumatına görə, bu günlərdə Başarovun döyülmüş arvadı məşhur aktrisa Yekaterina Arxarova müsahibə verəndən sonra ölkədən gedib.
O bildirib ki, efirdə onun etiraflı çıxışından sonra daxil olacaq zənglərin əlindən ölkədən gedir.
39 yaşlı Yekaterinanın harada olduğu bəlli deyil. Maqazin müxbirləri güman edirlər ki, Yekaterina mənzili olduğu Romaya və ya Yurmalaya ”“ valideyinlərinin evinə gedib.
“Mən indiyə qədər anlamıram ki, niyə ərim mənə əl qaldırdı. Mən belə təcavüzə rast gəldim! O, başıma və üzümə vururdu. Bütün qan içində idim. Heç kim yardıma gəlmədi, hərçənd evdə Maratın keçmiş qaynanası və onun qızı var idi", - deyə aktrisa bildirib.
Arxarova vurğulayıb ki, əri hələ də üzr istəməyib