Rus ordusu 6 istiqamətdə hücumaxa0keçdi
3548
18 Mar 2023 | 20:42

Rus ordusu 6 istiqamətdə hücumaxa0keçdi

Ukrayna müdafiə qüvvələri Liman, Baxmut, Avdiv, Marin və Şaxtyor istiqamətlərində Rusiya ordusunun 100-dən çox hücumunu dəf edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ötən sutka ərzində düşmənin əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq cəhdləri olub. Bu məqsədlə işğalçılar əsas səylərini Liman, Baxmut, Avdiv, Liman, Marin, Şaxtyor və digər ərazilərdə hücum əməliyyatları keçirməyə yönəldiblər. Müdafiəçilərimiz koordinasiyalı və peşəkar şəkildə müəyyən olunmuş istiqamətlərdə düşmənin 100-dən çox hücumunu dəf ediblər”, – məlumatda deyilir.

 

Ukrayna ordusunun aviasiyası gün ərzində Rusiyanın canlı qüvvələrinin cəmləşdiyi 6, raket qoşunları və artilleriya bölmələri isə 2 əraziyə və hava hücumundan müdafiə vasitələrinin yerləşdirildiyi 1 mövqeyə zərbələr endirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər