Türk gəncləri ABŞ əsgərlərinin başına çuval keçirdilər
Dünya
5603
13 Nov 2014 | 09:32

Türk gəncləri ABŞ əsgərlərinin başına çuval keçirdilər

İstanbulun Sarayburnu  rayonunda  USS ROSS adlı ABŞ döyüş gəmisinin əsgərlərinin başına çuval keçirilib. 

Moderator.az-ın verdiyi məlumata görə, hadisə Türkiyə Gənclik Birliyi adlı təşkilatın üzvlərinin keçirdiyi etiraz aksiyası zamanı qeydə alınıb. ABŞ-ın Orta Şərqə hərbi müdaxiləsini qınayan gənclər bununla  həm də 4 iyun 2003-cü ildə baş vermiş bir hadisənin qisasını almağa çalışıblar. Xatırlayırsınızsa o zaman İraqın Süleymaniyə şəhərində ABŞ əsgərləri Türkiyə ordusunun Xüsusi Xidmət Komandanlığına bağlı zabitlərinin başına çuval keçirib sorğu adıyla öz qərargahlarına aparmışdılar.

Üzərindən 11 il keçməsinə baxmayaraq bu qürurqırıcı hadisəni unutmayan Türkiyə Gənclik Birliyinin üzvləri  Eminönündə 3 Amerikan əsgərinin başına çuval keçirib və  "Məhv olsun Amerika imperializmi" şüarlarını səsləndirərək onların üzərinə qırmızı boya atıblar. Çuval keçirmə aksiyasi əsnasında Amerikan əsgərlərinə müraciətlə "ABŞ ordusunun bir üzvü olduğunuzu az əvvəl bəyan etdiniz. Sizləri qatil olaraq qəbul edir və torpaqlarımızdan rədd olub getmənizi istəyirik" ifadələri də səsləndirilib.  Amerikan əsgərləri isə gənclərin bu tələbinə "OK.  Gedirik" deyə cavab veriblər.

Xəbər verilir ki, aksiyanı keçirənlərdən 12 nəfər saxlanılıb və ifadə vermək üçün polisə aparılıb. Aksiyaçılar öz yoldaşları əl yelləyərək yola salıblar.

ABŞ-ın Türkiyədəki səfirliyi çuval aksiyasını qınayan nota verib. Notada deyilir: “ABŞ əsgərlərinə edilən hücumu əks etdirən video son dərəcə çirkindir. Dinc etiraz haqqına və ifadə azadlığına hörmət etməklə birlikdə İstanbuldakı hücumu qınayırıq”.

Link kopyalandı!
Son xəbərlər