İrəvan Bakını hədələdi:  “Bunun nəticələri çox ağır olacaq”
2906
12 Nov 2014 | 19:24

İrəvan Bakını hədələdi: “Bunun nəticələri çox ağır olacaq”

Bu gün Azərbaycan-Ermənistan təmas xəttində Ermənistana məxsus hərbi vertolyotun vurulmasından sonra rəsmi Yerevan Bakının ünvanına hədələyici mesaj verib. Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanissyan deyib: “Bu presendetsiz bir gərginlik səbəbidir və vertolyotumuzun məhv edilməsinin nəticələri rəsmi Bakı üçün çox ağır olacaq”. 

Ovanissyan “Mİ-24” vertolyotunun silahsız olduğunu və keçiriləcək ekspertizanın bunu sübut edəcəyini bildirib.
Link kopyalandı!
Son xəbərlər