Azərbaycanlı keçmiş deputatın meyiti tapıldı
2534
12 Nov 2014 | 19:14

Azərbaycanlı keçmiş deputatın meyiti tapıldı

Ukraynanın Luqansk şəhərində bir ay əvvəl itkin düşmüş Luqansk üzrə azərbaycanlı keçmiş deputat Azad Vəliyevin meyiti tapılıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA”“ya açıqlamasında bildirib ki, bir ay əvvəl öldürülən meyit o qədər tanınmaz hala düşüb ki, yaxınları onun A. Vəliyev olduğunu üzərindəki paltardan biliblər.

A. Osmanov qeyd edib ki, hazırda meyit Luqanskda ekspertizaya təqdim edilib və ekspertizanın dəqiq cavabından sonra Azərbaycana göndəriləcək: “Onun yaxınları mənə bildirdilər ki, hadisənin oktyabrın əvvəlində olduğu ehtimal edilir və meyitin yalnız sümük hissəsi qalıb. Mərhumun qohumları onu üzərindəki paltarının qalıqlarından tanıya biliblər”.

A. Vəliyev 2006 - 2010-cu illərdə Luqansk Vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.

Qeyd edək ki, A. Vəliyevin bir müddət əvvəl Luqansk yaxınlığında itkin düşdüyü bildirilmişdi
Link kopyalandı!
Son xəbərlər