İranda hava limanında sərnişinin mədəsində 1,7 kq-dan artıq narkotik aşkarlanıb
3533
17 Mar 2023 | 10:18

İranda hava limanında sərnişinin mədəsində 1,7 kq-dan artıq narkotik aşkarlanıb

İranın Yəzd şəhərinin hava limanında sərnişinin mədəsində 1,7 kq-dan artıq tiryək aşkarlanaraq çıxarılıb.

Bu barədə Yəzd əyaləti hava limanının polis rəisi polkovnik Zəfər Qənbəri jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Yəzd hava limanının polis əməkdaşları sərnişinlərin uçuş salonuna girişini yoxlayarkən onlardan birindən şübhələniblər.

Polkovnik söyləyib ki, şübhəlinin üzərinə baxış zamanı məmurlar onda udma qurğusu və mədəsindən 1 kiloqram 770 qram tiryək aşkarlayıblar.

Polis rəisi qeyd edib ki, şübhəli sərnişin “yükü” Yəzddən Tehrana aparmaq niyyətində imiş.

Faktla bağlı cinayət işi başlanılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər