Yunanıstan XİN ekstradisiya edilən vətəndaşa görə Türkiyəyə təşəkkür edib
Dünya
2785
15 Mar 2023 | 18:43

Yunanıstan XİN ekstradisiya edilən vətəndaşa görə Türkiyəyə təşəkkür edib

Yunanıstan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstan vətəndaşının ekstradisiyasının təşkili üçün Türkiyəyə təşəkkür edib.

Bu barədə Yunanıstan XİN-in "Twitter" hesabında bildirilib.

"Son məlumata görə, Tempidəki faciəvi qəza qurbanlarından birinin atası, Türkiyədən Yunanıstana ekstradisiya edilən Yunanıstan vətəndaşı sağ-salamat Yunanıstana çatıb və sabah oğlunun dəfn mərasimində iştirak edəcək. Yunanıstan bu humanitar müraciətə müsbət cavab verən Türkiyə hökumətinə və Türkiyə rəsmilərinə səmimi təşəkkürünü bildirir", - paylaşımda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər