Səudiyyə Ərəbistanında distant təhsilə qərar verildi
Dünya
3359
12 Mar 2023 | 10:07

Səudiyyə Ərəbistanında distant təhsilə qərar verildi

Səudiyyə Ərəbistanının bir çox şəhərində, xüsusilə də Məkkədə güclü yağış xəbərdarlığı səbəbindən ölkədə distant təhsilə qərar verilib.

Bu haqda Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA məlumat yayıb.

Bildirilib ki, Məkkə, Ciddə, Taif, əl-Bəha və əl-Mahva şəhərlərinin təhsil müdirlikləri, Milli Meteorologiya Mərkəzindən verilən yağıntı xəbərdarlığına görə ibtidai və orta təhsil müəssisələrində təhsilin distant rejimdə aparılacağını açıqlayıb.

Distant təhsil qərarının tələbələrin və təhsil işçilərinin təhlükəsizliyini təmin etmək üçün alındığı qeyd edilib.

Link kopyalandı!
Son xəbərlər