ABŞ Ədliyyə Nazirliyi
3549
01 Mar 2023 | 20:32

ABŞ Ədliyyə Nazirliyi "Vaqner"in statusu ilə bağlı məsələni Dövlət Departamentinə yönləndirib

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin terror təşkilatı kimi tanınıb-tanınmaması ilə bağlı qərar ABŞ Dövlət Departamenti tərəfindən qəbul edilməlidir.

Bu bəyanatla ABŞ-ın baş prokuroru Merrik Qarland çıxış edib.

Qarland ABŞ Senatının Ədliyyə Komitəsinin dinləmələrində bildirib ki, terror təşkilatları ilə bağlı qərarlar Dövlət Departamenti vasitəsilə verilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər