“Həmin binalar FHN yaranmazdan əvvəl tikilib”
384
04 Apr 2026 | 17:24

“Həmin binalar FHN yaranmazdan əvvəl tikilib”

Sosial şəbəkələrdə Nərimanov rayonunda bir-birinə həddən artıq yaxın tikilən binalar müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, binalar “Səbinə” MTK tərəfindən tikilib.

“Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 112 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binası barədə bildiririk ki, sözügedən tikililər “Səbinə” MTK tərəfindən Fövqəladə Hallar Nazirliyi yaranmazdan əvvəl, 2004-2005-ci illərdə inşa edilib.

Açıqlamada vurğulanıb ki, FHN Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən istismara hazırlıq aktı rəsmiləşdirilməmişdir”, - məlumatda qeyd edilib. (qafqazinfo.az)

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər