İranda nazirin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB + FOTO/VİDEO
3738
23 Feb 2023 | 17:53

İranda nazirin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB + FOTO/VİDEO

İranda helikopterin qəzaya uğraması nəticəsində ölkənin idman nazirinin müşaviri həlak olub, 12 nəfər yaralanıb.
 
Bu barədə farsnews xəbər verib.
 
17:36
 
İranın idman naziri Seyid Həmid Səccadi Hazavenin olduğu helikopter qəzaya uğrayıb.
 
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
 
Bildirilir ki, qəza ölkənin cənubundakı Baft şəhərində helikopter eniş edərkən baş verib.
 
Məlumata görə, Seyid Həmid Səccadi Hazavenin vəziyyəti stabildir. O və digər sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya aparılıblar.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər