İranda hər 4 nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır
3976
23 Feb 2023 | 09:53

İranda hər 4 nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

İranda 19 700 000 əhalinin yaşadığı 200 rayonun sakinləri yoxsulluqdan aşağı vəziyyətdə yaşayır.

Bunu İran daxili işlər nazirinin müavini Əli Məhəmmədi bildirib.

Onun sözlərinə görə, həmin sakinlərin vəziyyətini mənzil, sağlamlıq, gigiyena, məşğulluq, təhsil, təlim, qida və geyim, idman və başqa sahələrdə əsas tədbirlərin görülməsi zəruridir.

Bir müddət əvvəl İranın Kooperasiya, Əmək və Əhalinin Sosial Rifah Nazirliyi bildirmişdi ki, ötən il ölkə əhalisinin təxminən 30 faizi, yəni 25 560 000 nəfər yoxsulluq həddində olub.

Bununla belə “Tasnim” xəbər agentliyi bu statistikanın onda tənqid edərək bildirmişdi ki, bu il (2022-ci ili nəzərdə tutur-red. ) yoxsulluq həddi açıqlanmasa da, ötən illə müqayisədə (2021-ci il-red. ) xeyli yüksəlib.

Rəsmi statistikaya əsasən, 2019-cu ildə İranda adambaşına düşən gəlir 2010-cu illə müqayisədə təxminə 34 faiz azalıb.

Qeyd edək ki, 2021-ci ilin məlumatına əsasən, İran əhalisinin sayı 87 920 000 nəfər olub.

Link kopyalandı!
Son xəbərlər