İranla müharibə bu tarixdə bitəcək - Trampdan PROQNOZ
10274
11 Mar 2026 | 18:30

İranla müharibə bu tarixdə bitəcək - Trampdan PROQNOZ

“İranla müharibə yaxın zamanda başa çata bilər, çünki zərbə endirmək üçün demək olar ki, hədəf qalmayıb”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Axios”a açıqlamasında bildirib.
 

“Yavaş-yavaş, ora-bura… Mən nə vaxt bunun bitməsini istəsəm — o zaman bitəcək”, - deyə Tramp deyib.


ABŞ prezidentinin bu açıqlamalarına baxmayaraq, ABŞ və İsrail rəsmiləri bildirirlər ki, döyüş əməliyyatlarının dayandırılması barədə hələ qərar verilməyib və planlara görə ən azı daha iki həftə zərbələrin davam etməsi nəzərdə tutulur.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər