Rusiya ilə Ermənistanı birləşdirən yol yenəxa0BAĞLANDI
3624
19 Feb 2023 | 11:10

Rusiya ilə Ermənistanı birləşdirən yol yenəxa0BAĞLANDI

Rusiya-Gürcüstan sərhədindən keçən Yuxarı Lars yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

"Sputnik Georgia"ya istinadən xəbər verir ki, hazırda ərazidə güclü qar yağması müşahidə olunur.

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Buna səbəb ekstremal hava şəraitidir. Yolun nə vaxt açılacağı məlum deyil.

Qeyd edək ki, bu yol hazırda Ermənistanla Rusiyanı birləşdirən yeganə yoldur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər