Rusiyanın “Proqres MS-21” gəmisi Sakit okeanda batırılıb
3734
19 Feb 2023 | 09:43

Rusiyanın “Proqres MS-21” gəmisi Sakit okeanda batırılıb

Daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən çıxarılan nasaz “Proqres MS-21” yük gəmisi Sakit okeanda batırılıb.

Bu barədə “Roskosmos” korporasiyası məlumat yayıb.

Gəmi orbitdən çıxarılıb, bundan sonra atmosferə daxil olub və dağılıb. Strukturun yanmayan elementləri Sakit okeanın cənub hissəsinin gəmi yolları keçməyən ərazisinə düşüb.

Qeyd edilib ki, “Proqres MS-21” BKS-də 3,5 aydan çox işləyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər