16:30
15°C
Bakı
Türkiyə İsveçin üzvlüyünü ratifikasiya etməsə, Finlandiya NATO-ya üzvlük ərizəsini geri götürmək niyyətində deyil.
Bunu Finlandiya prezidenti Sauli Niinistö bildirib.
"Biz ərizəmizi geri götürmək istəmirik və edə də bilmərik. Biz ərizə verməklə öz iradəmizi ifadə etmişik və sadəcə imtina edib onu geri götürə bilmərik", - deyə o qeyd edib.
Dövlət başçısı Finlandiya və İsveçin Şimali Atlantika Alyansına ən qısa zamanda qoşulmaq istədiklərini vurğulayıb.
"Bu, bizim iradə ifadəmizdir. Türkiyənin bu iradə ifadəsinə münasibəti yalnız və müstəsna olaraq Türkiyədən asılıdır", - deyə o əlavə edib.