00:36
10°C
Bakı
Pakistanın başqa ölkələr vasitəsilə Ukraynaya silah göndərməsi həqiqəti əks etdirmir.
Bunu Pakistan XİN-in mətbuat katibi Mümtaz Zəhra Bəluc deyib.
O bildirib ki, ölkəsi hərbi münaqişələrə qarışmamaq siyasəti yürüdür: “Pakistanın Ukraynaya sursat göndərməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir”.
Mümtaz Zəhra Bəluc vurğulayıb ki, Pakistan yalnız üçüncü ölkədə istifadə edilməyəcəyinə əmin olduğu təqdirdə hansısa dövlətə silah yollayır: “Bu, Ukraynadakı münaqişəyə də aiddir”.
Qeyd edək ki, mətbuatda Pakistanın Ukraynaya silah-sursat göndərməsi ilə bağlı məlumat yayılmışdı.