Slovakiya Milli Şurası (parlament) indiki Rusiya hakimiyyətini “terrorçu”, Rusiyanı isə terrorizmi dəstəkləyən dövlət kimi tanıyıb.
Deputatlar müvafiq qərarı cümə axşamı, fevralın 16-da qəbul ediblər.
“Slovakiya Respublikasının Milli Şurası Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsini və onun nəticələrini tanımadığını, eyni zamanda ərazilərin Ukraynanın tərkibində qalmasına tərəfdar olduqlarını bəyan edir”, - sənəddə deyilir.
Deputatlar həmçinin Rusiyanın nüvə silahından istifadə ilə bağlı “birbaşa və dolayı təhdidlərini” pisləyiblər.
Slovakiya parlamenti öz qətnaməsində hüquq-mühafizə orqanlarını, kəşfiyyat orqanlarını və digər səlahiyyətli orqanları Rusiya ilə bağlı təhlükəni düzgün qiymətləndirməyə çağırıb.
Mənbə: kommersant.ru