Bizi sosial şəbəkələrdən izləyin:
Molla rejiminin media təbliğatının əksinə olaraq, İranda siyasi məhbuslara qarşı edam hökmlərinin verilməsi davam edir. Belə ki, Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin inqilab məhkəməsi Şeyban həbsxanasında saxlanılan altı ərəb siyasi məhbus barəsində ölüm hökmü qərarı verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı Əhvaz İnsan Hüquqları Təşkilatına istinadla xəbər yayıb.
Bildirilir ki, Əli Məcdəm, Moin Xənfəri, Məhəmməd Rza Muqəddəm, Seyid Salem Musəvi, Seyid Adnan Musəvi və Həbib Deris adlı gənc siyasi məhbuslar edama məhkum ediliblər.
Bundan başqa, Şeyban həbsxanasında saxlanılan İranın etnik ərəb olan daha altı vətəndaşı 5-35 il müddətinə azadlıqdan məhrum olunublar.
Qeyd edək ki, İranda yüzlərlə siyasi məhbus, xüsusən də uzun müddətə azadlıqdan məhrum edilənlər, həmçinin ucqar bölgələrdə olanlar tibbi müalicə və ya cəzalarının azaldılması imkanından məhrum edilərək dəhşətli şəraitdə həbs cəzalarını çəkirlər.