Putin üçün gizli dəmir yolları və stansiyalar şəbəkəsi qurulub - ŞOK DOSYE
3636
14 Feb 2023 | 18:22

Putin üçün gizli dəmir yolları və stansiyalar şəbəkəsi qurulub - ŞOK DOSYE

“Rusiya prezidenti Vladimir Putinin əsas iqamətgahlarına dəmir yolu xətləri gətirilib, yaxınlıqda gizli stansiyalar tikilib”.

Bu barədə “Proyekt” portalı məlumat yayıb.

Məlumata görə, bu stansiyalardan biri Valday Milli Parkının ərazisində, Putinin Valdaydakı iqamətgahına ən yaxın yaşayış məntəqəsinin yanında yerləşir. “Proyekt”in müxbiri onu 2022-ci ilin payızında aşkar edib. Helikopter meydançası da olan stansiya mühafizə altındadır. Alınan peyk görüntülərinə əsasən, Valdayda Putin üçün stansiya və dəmir yolu 2019-cu ildə tikilib.

Peykdən çəkilmiş görüntülərə görə, Novo-Oqaryovodakı stansiya 2015-ci ildə qurulub. O, Putinin Moskva vilayətindəki iqamətgahından 400 metr aralıda yerləşir. Stansiya hündür hasarın arxasında gizlədilib, onun üzərində hər 10 metrdən bir müşahidə kameraları quraşdırılıb.

2017-ci ildə Soçidə, “Boçarov Ruçey” iqamətgahı yaxınlığında platforma və yeni dəmir yolu xətti salınıb. Bu xətdə qatarların hərəkət etdiyi relslər hasarla gizlədilir.

Bundan əvvəl “Dosye” mərkəzi Vladimir Putinin getdikcə daha çox təyyarə ilə deyil, qatarla səyahət etdiyini müəyyən edib. Rusiya prezidenti səfərləri üçün 2015-ci ildə tikilmiş zirehli xüsusi qatardan istifadə edir. Bununla belə, Putin qatardan müntəzəm istifadə etməyə 2021-ci ilin ikinci yarısında, Rusiya ordusunun Ukraynaya işğalı üçün hazırlıqlara start verdiyi zaman başlayıb.

Link kopyalandı!
Son xəbərlər