Türkiyədə zavodda partlayış baş verib - Yaralananlar Var
4091
12 Feb 2023 | 17:11

Türkiyədə zavodda partlayış baş verib - Yaralananlar Var

Türkiyənin Balıkesir şəhərinin Susurluk rayonunda zavodda qaz sızması nəticəsində baş verən partlayışda 18 nəfər yaralanıb.

Bu barədə Moderator.Az  “Habertürk”ə istinadən xəbər verir.

Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadası göndərilib.

Yaralıların bəziləri təcili yardım maşınları tərəfindən Susurluk Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan 5 nəfər Balıkəsir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər