4708
11 Feb 2023 | 19:52

"O, Rusiyadan getməlidir, yoxsa Allahın lənətinə gəlmişlər ona yaşamağa imkan verməyəcək..."

"Bura mənim Vətənimdir, gözəl olmasa da, biz onu sevirik..."

İncəsənət xadimləri "Sovremennik" teatrından qovulan məşhur aktrisa Liya Axecakovaya dəstək verib...

"Sovremennik" teatrının rəhbərliyi aktrisa Liya Axecakovanın iştirakı ilə sonuncu tamaşanı teatrın repertuarından çıxarmaq barəsində qərar verib.

Moderator.az xəbər verir ki, bu barədə "fontanka.ru" nəşri yazıb.

Aktrisanın parlaq ifadə edilən vətəndaşlıq mövqeyinə, yaxud onun "etibarsızlığına" münasibətdə "ayıqlıq göstərilmədiyinə görə" qorxudan qəbul edilən bu qərar rusdilli mədəni məkanda etirazlara səbəb olub. Bir çox görkəmli incəsənət xadimləri istedadlı və cəsarətli həmkarlarına emosiyalarını saxlamadan dəstək verib.

O cümlədən Amerikaya köçmüş teatr rejissoru Aleksandr Moloçnikov Axecakovanı rollarından məhrum edənlərə  "cəhənnəmdə od tutub yanmağı" arzulayıb.

Onun sabiq həyat yoldaşı, komediya aktrisası Yekaterina Varnava da Axecakovaya hörmət və dəstəyini ifadə edib.

"İnanılmaz dərəcədə böyük aktrisadır, güclü və çox cəsarətlidir! Bunu necə etmək olar, cənablar?!"

Axecakovaya Eldar Ryazanovun "Taleyin istehzası və ya həmişə təmizlikdə" komediyasında onunla birgə çəkilən Polşa aktrisası Barbara Brılska da dəstək verib. O, film üzrə rəfiqəsinə Rusiyadan getməyi və xaricdə öz baxışlarını müdafiə etməyi məsləhət görüb.

"Liya, sükanı belə saxla Belə Vətən ona layiq deyil. Əlbəttə, ölkədən getməlidir, ona bu Allah tərəfindən lənətə gəlmiş kommunistlər yaşamağa imkan verməyəcək. O, getməli və bizim kimi mübarizə aparmalıdır".

Onunla Ryazanovun "İşdə məhəbbət macərası"  başqa bir komediyasında çəkilən Rusiyanın xalq artisti Oleq Basilaşvili də Axecakovanı dəstəkləyib.

"Mən hesab edirəm ki, bu, tamamilə biabırçılıqdır! "Cin oyunları" çox gözəl tamaşadır. Onun siyasətə heç bir aidiyyəti yoxdur. Bəlkə, Liya Axecakova kimisə əsəbiləşdirir? Bu, başqa məsələ!"

Xəbər verildiyi kimi, məşhur sovet və rusiyalı teatr və kino aktrisası Liya Axecakova bəyan edib ki, 1977-ci ildən fəaliyyət göstərdiyi "Sovremennik" teatrı onu işdən kənarlaşdırıb.

"İndi oturub ağlayıram, mən bunu kimin təşkil etməsini bilirəm və anlayıram, amma heç nə edə bilmirəm".

Amma akrisa Rusiyanı tərk etməyi düşünmür:
"Bura mənim Vətənimdir, o, gözəl olmasa da, biz onu sevirik. Mənim 84 yaşım var, mən heç yerə gedən deyiləm. Mən uzun illər burada yaşamışam və bu çətinlikləri də yaşayacağam".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər