Rusiya kosmik yük gəmisi Sakit okeanda batırıldı
4113
08 Feb 2023 | 09:09

Rusiya kosmik yük gəmisi Sakit okeanda batırıldı

Rusiyanın “Proqres MS-20” yük gəmisi Sakit okeanda gəmilərin hərəkətinin olmadığı bölgədə batırılıb.

Bu barədə “Roskosmos” dövlət korporasiyasından məlumat verilib.

Bu gəmi daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiyaya məxsus “Zvezda” xidmət modulundan aralanmışdı.

“Bu gün “Proqres MS-20” yük gəmisi orbitdən çıxarılaraq atmosferə daxil olub və parçalanıb. Onun strukturunun yanmamış elementləri Sakit Okeanın cənub hissəsində gəmilərin keçmədiyi əraziyə düşüb”, - deyə məlumatda qeyd edilib.

Mənbə: İzvestiya

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər