“Toyota” Rusiyaya avtomobil detalları göndərmir
Dünya
4097
07 Feb 2023 | 14:31

“Toyota” Rusiyaya avtomobil detalları göndərmir

Yaponiyanın “Toyota Motor” avtomobil konserni Rusiyaya detallar göndərmir, lakin sanksiyalara məruz qalmayan komponentlər dilerlər vasitəsilə oraya aparıla bilər.
 
Bu barədə “Toyota Motor” konserninin mətbuat xidməti məlumat yayıb. “Kompaniyamız Rusiyaya detal göndərilməsini bərpa etməyib, bu, həqiqətə uyğun deyil”, - deyə məlumatda bildirilib.
 
“Toyota” Rusiyanın Sankt-Peterburq şəhərindəki yığım müəssisəsini 2022-ci ilin sentyabrında bağlayıb. Zavod ildə 100 min avtomobil istehsalı üçün nəzərdə tutulmuşdu. /Azərtac/
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər